İran

Tehranda daha 3 milli fəal həbs olundu

Azərbaycanlı milli mədəni fəallar Əlirza Farşi, Behnam Şeyxi və Həmid Mənafi isə tirin 31-i Tehrandakı iş yerlərində əmniyyəti qüvvələri tərəfindən tutuqlanıb. Məlumata görə, Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Mənafi daha öncə Bəharistan İnqilab Məhkəməsi tərəfindən 15 il müddətinə həbs olunub. Bununla bərabər Əhvaz ustanına bağlı olan Bağməlik şəhərinə 2 il sürgün, 10 il həbs cəzası, habelə Ələhvaz ustanına bağlı Məscid Süleymana 2 il sürgünə məhkum edilib. Nəticədə bu hökm təcdid nəzər dadqahında 2 il həbs və 2 il sürgün cəzasına çevrilib.

Məlumata görə, fəalların tutuqlanma səbəbləri və harada saxlanıldıqları məlum deyil. Ancaq bu fəalların tutuqlanma səbəblərinin 2 il həbs cəzası ilə bağlı olduğu düşünülür. Xatırladaq ki, Əkbər Azad, Behnam Şeyxi, Əlirza Fərşi və Həmid Mənafi daha 3 milli fəalla birlikdə Tehranın Nəsimşəhrində tutuqlanıb. Olay milli fəalların 1392-ci ilin isfəndində Ana dili ilə bağlı mərasimdə iştirak etdikləri zaman baş verib.

Related Articles

Bir cavab yazın

Back to top button