Bölgə

İsrailin müdafiə naziri: İran Venesuelaya dronla idarə olunan bomba verir

İsrailin müdafiə naziri Beni Qants bildirib ki, ölkəsinin müşahidələri İranın Venesuelaya "kamikadze dronları" və digər oxşar modellərdə istifadə üçün idarə olunan bombalar göndərdiyini göstərir

İsrailin müdafiə naziri Beni Qants bildirib ki, ölkəsinin müşahidələri İranın Venesuelaya “kamikadze dronları” və digər oxşar modellərdə istifadə üçün idarə olunan bombalar göndərdiyini göstərir.

“Aznews tv” xəbər verir ki, bu barədə Beni Qants Qüdsdə keçirilən Amerika yəhudi liderlərinin iclasındakı çıxışı zamanı məlumat verib.

Qants məsələ ilə bağlı deyib: “Dünyanın bir çox ölkələri, o cümlədən Latın Amerikası İranın terrora dəstək verməsindən və belə bir prosesin davam etməsindən çox narahatdır”.

Onun sözlərinə görə, belə bir şəraitdə İranla istənilən razılaşma “yolun sonu” olacaq.

“Biz İranın gələcəkdə razılaşmanı pozması ehtimalı ilə mübarizə aparmaq üçün hücum və sanksiya imkanlarımıza hazır olmalıyıq”, – deyə nazir fikrini tamamlayıb.

Related Articles

Bir cavab yazın

Back to top button