DünyaİqtisadiyyatİranSiyasət

İran nüvə anlaşması ilə bağlı bir sıra öhdəliklərin yerinə yetirilməsini dayandırdı

Rəsmi Tehran İranın nüvə proqramı ilə bağlı anlaşmanın üzv ölkələrinə bir sıra öhdəliklərin yerinə yetirilməsini dayandırdığı barədə məktub göndərib.

Aznews.tv-nin RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, İranın rəhbəri nüvə anlaşmasının “hələ bitmədiyini” qeyd edib.

Lakin rəsmi Tehran bütün məhdudiyyətlərə əməl etməli oludğunu düşünmür və anlaşmanın iki bəndi ilə əlaqədar öz siyasətini dəyişir.

Bunlar zənginləşdirilmiş uranın və ağır su ehtiyyatlarının saxlanılması ilə bağlıdır.

İran tərəfdar beşliyə, İranın maraqlarının, o cümlədən bank və neft sahələrində, təmin olunması ilə bağlı öhdəliklərin yerinə yetirilməsi üçün 60 gün vaxt verib.

Bu baş tutmadığı halda, növbəti addım Əraqda yerləşən reaktorun müasirləşdirilməsinin dayandırılmasından ibarət olacaq.

İranın Milli Təhlükəsizlik üzrə Ali Şurası bundan əlavə, uranın zənginləşdirilməsi səviyyəsində məhdudiyyətdən də imtina ediləcəyini vurğulayıb.

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button