İran

İran ordunun quru qoşunlarının komandanı Azərbaycanla sərhəddə olub

O, bölgədə yerləşən hərbi bölmələrin hazırlıq vəziyyəti ilə tanış olub

İran mediasının yazdığına görə, ordunun quru qoşunlarının komandanı briqada generalı Kiyumərs Heydəri bu ölkənin Azərbaycan və Ermənistanla sərhəddə yerləşən hərbi bölmələrindən baxış keçirib.

İran İnqilab Keşikçiləri Korpusuna bağlı mediada isə bundan başqa SEPAH komandirlərinin vəziyyətlə tanış olmaq üçün sərhəd bölgəsinə səfər etdikləri qeyd olunub.

Bununla eyni vaxtda Tehranın Ermənistandakı səfirliyi bəyanat yayaraq İran-Ermənistan sərhəddinin kəsilməsinə səbəb olacaq hər addım barədə Tehranın iddialarını təkrar edib.

“Tehran qonşu ölkələrin ərazi bütövlüyü və sərhədlərinin pozulmasının əleyhinədir və iki qonşu xalq arasında tarixi əlaqə marşrutu kimi İran və Ermənistan sərhədlərinə zərər vuran istənilən ssenari ilə konkret məşğul olacaq”-deyə, səfirliyin bəyanatında bildirilib.

Related Articles

Bir cavab yazın

Back to top button