İqtisadiyyatİran

İran öz kriptoməzənnəsini buraxacaq

Bu yaxınlarda İran “peyman” adlanan öz kriptoməzənnəsini buraxacaq.

Aznews.tv xəbər verir ki, bu haqda İranın Milli Bankının icraiyyə direktoru Məhəmməd Rza Hüseynzadə bildirib.

Onun sözlərinə görə, “peyman” İranın “Milli”, “Millət”, “Parsian”, “Pasarcad” bankları və “Qoqnus” şirkəti ilə birgə buraxılacaq.

“İlk mərhələdə kriptoməzənnə daşınmaz mülk alqı-satqısı sahəsində istifadə ediləcək və tədricən bütün sahələri əhatə edəcək”, – deyə Hüseynzadə əlavə edib.

Xatırladaq ki, İran cari ilin yanvar ayında rəsmi olaraq kriptoməzənnə buraxacağını bəyan etmişdi.

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button