Site icon Aznews TV

İran-Pakistan sərhədində atışma: ölənlər var

Pakistan İranla sərhəddə terror qruplaşmanın hücumu nəticəsində iki sərhədçisinin öldürüldüyünü açıqlayıb.

APA-nın məlumatına görə, hadisə Bəlucistan əyalətinin cənub-qərbindəki Keç bölgəsində baş verib.

“Bir qrup terrorçu Pakistan-İran sərhədi boyunca fəaliyyət göstərən Pakistan təhlükəsizlik qüvvələrinin postunu atəşə tutub.

Terrorçulara qarşı effektiv tədbir görülməsi üçün İran tərəfi ilə lazımi əlaqə qurulur”, – məlumatda qeyd olunub.

Exit mobile version