İran

İran-Pakistan sərhədində atışma: ölənlər var

Pakistanın İranla dövlət sərhədində silahlı insident baş verib. Bu barədə Pakistan Silahlı Qüvvələrinin media orqanı məlumat yayıb.

Pakistan İranla sərhəddə terror qruplaşmanın hücumu nəticəsində iki sərhədçisinin öldürüldüyünü açıqlayıb.

APA-nın məlumatına görə, hadisə Bəlucistan əyalətinin cənub-qərbindəki Keç bölgəsində baş verib.

“Bir qrup terrorçu Pakistan-İran sərhədi boyunca fəaliyyət göstərən Pakistan təhlükəsizlik qüvvələrinin postunu atəşə tutub.

Terrorçulara qarşı effektiv tədbir görülməsi üçün İran tərəfi ilə lazımi əlaqə qurulur”, – məlumatda qeyd olunub.

Related Articles

Bir cavab yazın

Back to top button