
İslam Şurası Məclisinin Rəyasət Heyətinin sözçüsü parlamentdə fevralın 1 və 2-si baş tutacaq ümumi iclasların təxirə salındığını bildirib.
“Aznews tv” xəbər verir ki, iclasların təxirə salınmasına səbəb olaraq isə ölkə parlamentinin 47 üzvünün Covid-19-a yoluxması göstərilib.
Nizam Musəvi bu barədə deyib: “1 və 2 fevral tarixlərində baş tutmalı olan ümumi iclaslar Koronaviruslə Mübarizə Qərargahının tövsiyyəsi ilə keçirilməyəcək”.
“Tasnim” ajansının verdiyi məlumata görə, o, sonda əlavə edib: “Ötən günlərdə İran parlamentinin 47 üzvünün, habelə qanunvericilik hakimiyyətinin 30 işçisinin koronavirus testi müsbət çıxıb. Bu səbəbdən Rəyasət Heyətinin qərarı ilə iclaslar ləğv edilib”.