İran

İranda koronavirusun yeni dalğası: Hər gün 100 min nəfər Covid-19 infeksiyasına yoluxur?

İran Səhiyyə Nazirliyinin Yoluxucu Xəstəlikləri İdarəetmə Mərkəzinin rəisi İbrahim Qadiri koronavirusun İranda yüksəliş mərhələsində olduğunu vurğulayaraq virusa yeni yoluxma statistikasının 100 min nəfərə çatdığını deyib

İran Səhiyyə Nazirliyinin Yoluxucu Xəstəlikləri İdarəetmə Mərkəzinin rəisi İbrahim Qadiri koronavirusun İranda yüksəliş mərhələsində olduğunu vurğulayaraq virusa yeni yoluxma statistikasının 100 min nəfərə çatdığını deyib.

“Aznews tv”ın xəbərinə görə, o, bu gün, fevralın 1-də habelə bildirib: “Hazırda koronavirusa yoluxan, lakin məlumat verilməyən xəstələrin sayı indiki diaqnoz qoyulan xəstələrin sayından beş dəfə çoxdur”.

Xatırladaq ki, İran Səhiyyə Nazirliyi ötən gün ölkədə bir gün ərzində virusa yeni yoluxanların sayının 29 min nəfər olduğunu qeyd edib. Bu gün isə Yoluxucu Xəstəlikləri İdarəetmə Mərkəzinin verdiyi məlumata diqqət yetirsək, real statistik rəqəmlərin hazırda təxminən 150 min nəfər olduğunu düşünə bilərik.

Related Articles

Bir cavab yazın

Back to top button