Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
İran

İran parlamenti sədrinin ailəsinin Türkiyədə mənzillər alması müzakirələrə səbəb olub

2018-ci ildə "ictimai rəyi çaşdırmaq" və "İran dövlət rəsmilərini və İslam müqəddəslərini təhqir etmək" ittihamları ilə həbsə məhkum edilən jurnalist Əmirhüseyn Mirismaili bu yaxınlarda Türkiyəyə səfər edən İran parlamentinin sədri Qalibafın ailəsi haqqında "Twitter" paylaşımı edib.

“Dəqiq məlumat əldə etmişəm ki, Məhəmmədbaqir Qalibafın xanımı, qızı və kürəkəni İstanbula səfərləri zamanı Maslak məhəlləsində yerləşən “Skyland” lüks yaşayış kompleksində ümumi dəyəri 40 milyard tümən olan iki mənzil satın alıblar”-deyə, jurnalist yazıb.

O, qeyd edib ki, mənzilin yerləşdiyi “Skyland” kompleksi Belqrad meşələrinin yaxınlığında və Qalatasaray futbol klubunun stadionunun yanında yerləşdiyi üçün ən bahalı komplekslərdən sayılır.

Bundan bir neçə gün öncə parlament sədrinin ailə üzvlərinin İstanbulda bahalı ticarət mərkzlərindən, mağazalardan fantastik məbləğdə alış-veriş etdikləri barədə məlumat yayılıb.

Məlumat və görüntülərin yayılmasından sonra məsələ sosial media istifadəçiləri və müxalif media nümayəndələrinin sərt reaksiyası ilə qarşılaşıb və onlar xalqı qənaət etməyə çağıran İran rəsmilərinin riyakar, korrupsioner olduqlarını yazıblar.

Related Articles

Bir cavab yazın

Back to top button