İran

İran prezidentinin müavini 9 yaşlı qız uşaqlarını evlənməyə çağırıb

İran prezidentinin Qadın və Ailə Məsələləri üzrə müavini Ünsiyə Xəzəli məktəbli qızların ilk oruc tutma mərasimində çıxışı zamanı onları ailə qurmaq barədə düşünməyə çağırıb.

“İndidən ailə qurmaq və Qasım Süleymani kimi şəhidlər dünyaya gətirmək barədə düşünməlisiniz”-deyə, Xəzəli azyaşlı uşaqlara məsləhət verib.

Qeyd edək ki, İran Vətəndaşlıq Qeydiyyatı İdarəsinin son statistik hesabatına görə, ötən günəş ilində yüksək riskli yaş qrupu olan 10-19 yaşa qədər olan analar tərəfindən 69103 körpə gətirilib və onlardan 1474-ü 10-14 yaşarası azyaşlı analar tərəfindən doğulub.

İranın ali rəhbəri Əli Xaməneyi tərəfindən vurğulanan ölkədə nikah siyasətinin təşviqi və doğuş nisbətinin artırılması ilə eyni zamanda, son illərdə qızlar üçün nikah yaşının azaldılması, ailələrin evlilik şərtlərini asanlaşdırmağa həvəsləndirilməsi istiqamətində bir sıra millət vəkilləri və  İbrahim Rəisi hökumətinin üzvləri, mədəni-maarif müəssisələrinin məmurları tərəfindən qızların erkən yaşda evləndirilməsi təbliğ olunur.

Bununla yanaşı İran hökumətinin bəzi rəsmiləri uşaq nikahı fenomenini inkar edir və 13 yaşın evlilik üçün ən uyğun yaş olduğunu iddia edirlər.

BMT-nin İnsan Haqları Şurasının İran üzrə xüsusi məruzəçisi məsələ ilə bağlı açıqladığı hesabatda İranda erkən nikah sayının nigəranedici səviyyədə olduğunu və İran hökumətinin qız uşaqları və qadınlara qarşı davranışlarında təcili islahata ehtiyac duyulduğunu bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button