İran

Son 8 ildə İranın sərmayə qoyuluşunun dəyəri məlum olub

Son 8 ildə İranın yatırdığı sərmayənin dəyəri 90 milyard dollara yaxın olub. Bu göstərici 2011-2019-cu illəri əhatə edir. Bunu Tehran Ticarət Otağının rəisi Məsud Xansari deyib. Qurum rəsmisi ölkəyə xarici sərmayələrin cəlb edilməsi məsələsinə də aydınlıq gətirib. Rəsmi amara əsasən, 2019-cu ildə İranda birbaşa xarici sərmayələrin ən aşağı həddi qeydə alınıb. Məsud Xansari İranı dünyanın ən uzunmüddətli təvərrümə məruz qalmış ölkəsi adlandırıb.
Bundan başqa, ölkədə yoxsulluq həddinin artdığı, yaşayış vəziyyətinin isə pisləşdiyi açıqlanıb. Bildirilib ki, İranda iqtisadi sabitliyin olmaması, ikiqat ərz nirxi, təvərrüm və iqtisadi tənəzzül iqtisadi böhranın yaranmasını şərtləndirən əsas amillərdir.

Related Articles

Bir cavab yazın

Back to top button