İran

İran parlamentinin sədrindən Azərbaycana təhdid kimi xəbərdarlıq

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Azərbaycan rəsmilərini Azərbaycanın Tehrandakı səfirliyinə hücumla bağlı emosional qərarlar verməməyə çağırıb.

O, İran rəsmilərinin baş verən hadisənin terror olmadığını barədə iddialarını təkrar edib.

Parlament sədri hər zaman olduğu kimi Tehran hökumətini məsuliyyətdən yayındırmağa və hadisələri İsraillə əlaqələndirməyə çalışıb.

“Hər hansı bir qərara qarşı diqqətli və dəqiq olmaq lazımdır. Bu, uzunmüddətli nəticələrə səbəb ola bilər”,- deyə, Qalibaf hədələyici formada bildirib.

Qeyd edək ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov” markalı avtomatla silahlanan şəxs mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib, daha iki nəfəri yaralayıb.

Related Articles

Bir cavab yazın

Back to top button