İran

İran parlamentinin üzvü türkləri təhqir etdi

İzə şəhərindən İran parlamentinə təyin olunmuş Hidayətullah Xadimi azərbaycanlıları, bütövlükdə təhqir edib.

O, Təbrizin “Səhənd” stadionunda Azərbaycan Respublikasının bayrağını qaldıranları “tula” adlandırıb.

“Ölkənin çörəyini yeyib stadionda Türkiyə və sionistlərin muzdlu tulaları kimi bağırıb iranlıları, böyük Kiri təhqir edənlər bilməlidirlər ki, onların Oğuz babaları çöllərdə bir tikə çörəyə görə talan və qətliam törətdikləri vaxtdan 2 min il qabaq Kir və iranlılar yer kürəsinin 50 fazinə hökm edirdilər”-deyə, parlament nümayəndəsi özünün tvitter hesabında yazıb.

O,  Ərdəbildə qurulan Səfəvi dövlətinin Osmanlı imperiyasını məhv etdiyini, Nadir şahın bunu davam etdirdiyini iddia edib.

Hidayətullah Salehi stadionda Azərbaycan bayrağı qaldırıb və türkcə şüar verənlərin azınlıqda olduqlarını yazıb və Təbriz nümayəndələrindən məsələ ilə balı açıqlama vermələrini istəyib.

Qeyd edək ki, mayın 19-da Təbrizin “Səhənd” stadionunda “Traxtur” və “Persepolis” komandalarının qarşılaşması zamanı azərbaycanlı fəallar Azərbaycan Respublikasının bayrağını qaldırıblar.

Türkiyə bayrağı ilə birgə Azərbaycan bayrağının qaldırılması tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Sosial media fəalları iki komandanın oyununda İran bayrağının gözə dəymədiyi halda Azərbaycan Respublikasının bayrağının qaldırılması və coşğu ilə qarşılanmasını İran hökumətinə mesaj kimi dəyərləndiriblər.

Related Articles

Bir cavab yazın

Back to top button