İran

İran prezidenti konstitusiyaya dəyişiklik edilə biləcəyini deyib

İran prezidenti İbrahim Rəisi 1979-cu ildə qəbul edilmiş konstitusiyanın bəzi maddələrinə dəyişiklik edilməsinin mümkünlüyündən danışıb.

İ.Rəisi bildirib ki, konstitusiyada cümhuriyyətçilik, islamçılıq, istiqlalçılıq və azadlıq kimi prinsiplər və dəyərlər var ki, bunlar dəyişməzdir.

Lakin bununla yanaşı zərurət yarandıqda konstitusiyanın tətbiqi, üsul və mexanizmləri mütləq dəyişdirilə və təkmilləşdirilə bilər.

O qeyd edib ki, İran İslam Respublikasının Konstitusiyasında heç bir çıxılmaz vəziyyət yoxdur. (apa)

Related Articles

Bir cavab yazın

Back to top button