Azərbaycanİran

İran prezidentinin helikopterinin qəzaya uğraması nəticəsində 9 nəfər həlak olub:

İbrahim Rəisi Araz (Aras) çayının sərhədində Azərbaycan Respublikası ilə Qızqalası bəndinin açılışında iştirak etmək üçün Şərqi Azərbaycan vilayətinə səfər etmişdi.

İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti helikopter qəzasında həyatını itirib.

ANT-nın məlumatına görə, bu barədə İranın Mehr Agentliyi xəbər verib.

Prezident Rəisi bazar günü helikopterlə İran-Azərbaycan sərhədində bəndin açılış mərasimində iştirak edib.

İran dövlət televiziyası qəzanın Rəisiyə məxsus helikopterin bölgədən qayıdarkən sərt eniş etməsi nəticəsində baş verdiyini bildirib.

Helikopterdə prezidentlə birlikdə xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan, Təbrizin imam cüməsi Ayətullah Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti də olub.

Axtarış-xilasetmə qrupları əlverişsiz hava şəraiti səbəbindən işlərin çətinliklə davam etdirib.

Daha sonra Türkiyənin AKINCI pilotsuz uçuş aparatı axtarışlara cəlb edilib.

Qəzaya uğramış helikopterin qalıqları yanmış vəziyyətdə aşkarlanıb.

Artıq İranın rəsmi media orqanları öz loqolarını matəm əlaməti olaraq qara rəngə boyayıblar.

 

 

 

 

 

 

İran lideri Ayətullah Əli Xamenei Prezident İbrahim Rəisinin helikopterinin qəzaya uğraması xəbərindən sonra ölkənin Təhlükəsizlik Şurasının fövqəladə iclasını keçirib.

Qeyd edək ki, mayın 19-da İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter sərt eniş edib. Helikopterdə dövlət başçısı ilə yanaşı Təbrizin cümə imamı Məhəmmədəli Ali Haşim, xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan, Şərqi Azərbaycan valisi Malik Rəhməti və bir neçə başqa sərnişin də olub.

İnsident İranın Şərqi Azərbaycan vilayətindəki Varziqan şəhərində baş verib.

Məlumata görə, hazırda İranın “İRNA” və “Tasnim” xəbər agentliklərinə də giriş məhdudlaşdırılıb.

*

Helikopteri sərt eniş etdikdən sonra göyərtədə olan İran Prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir-Abdullahian avtomobillə Təbrizə yola düşüblər.

“ANT” xəbər verir ki, bu barədə “Mehr” məlumat yayıb.

Dövlət televiziyası həmçinin qəza yerinə ilk tibbi yardım qruplarının göndərildiyini bildirib.

***

 

 

Helikopterin digər sərnişinləri arasında xarici işlər naziri Hüseyn Əmirabdollahian, Təbriz cümə imamı Məhəmməd Əli Al Haşim, Şərqi Azərbaycan valisi Malik Rəhməti, uçuş heyəti, təhlükəsizlik rəisi və mühafizəçilərdən biri də olub.

Bazar günü günortadan sonra (30 may) Şərqi Azərbaycanın Culfa bölgəsində İbrahim Rəisinin karvanının üç helikopterindən biri qəzaya uğrayıb.

İbrahim Rəisi və yoldaşlarını daşıyan helikopter Təbrizə qayıdarkən qəzaya uğrayıb.

Bu qəza ilə bağlı ilk xəbər dünən Tehran vaxtı ilə günorta saat 4 radələrində dərc edilib

Helikopter qəzasında həlak olanların adları açıqlanıb

1- İbrahim Rəisi
2- Məhəmmədəli Ali Haşim (Təbrizin cümə imamı)
3- Hüsey Əmir Abdullahian (XİN başçısı)
4- Malik Rəhməti (Şərqi Azərbaycan valisi)
5- Mehdi Musəvi (Rəisinin mühafizə xidmətinin rəhbəri)
6- SEPAH-ın Ənsar-əl Mehdi Qərargahının üzvü (adı açıqlanmır)
7- Polkovnik Seyid Tahir Müstəvəvi (pilot)
8- Polkovnik Möhsün Dəryanuş (pilot köməkçisi)
9- Behruz Qədimi (texniki mayor)

İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri deyib: “Həlak olanların hamısının cəsədləri təbii fəlakət yerindən Təbriz şəhərinə göndərilib”.

Related Articles

Bir cavab yazın

Back to top button