İran

“Əl-Qabas” qəzeti:”İran İraqa qısamənzilli raketlər göndərib”

İranın sipah təşkilatı İraqa qısamənzilli raketlər və xələbansız uçaqlar göndərib. Bunu İran qaynaqlarına istinadən Küveytin “Əl-Qabas” qəzeti xəbər verib. Nəşrin məlumatına görə, İraqa ötürülən Ərəş raketləri Sipahın quru qüvvələrinə aiddir və dəqiq idarə olunan qısamənzilli raketlərdir. Xələbansız uçaqlara gəldikdə isə, qaynaqlar bunun İranda tolid edildiyini, İraqın güney əyalətlərindəki özəl qorunan məkanlara yerləşdirildiyini söyləyirlər. Raketlər İrana yaxın İraq silahlı qruplaşmalarına aid yerlərdə və düşərgələrdə yerləşdirilib. Qəzet bildirir ki, Sipah qarşıdakı bir neçə həftə içərisində yalnız İraqdakı deyil, bölgədəki bəzi ölkələrin hədəflərinə raket və insansız zərbələr endirə bilər. Qaynaqlar bu hücumların Amerika Prezidenti Donald Trampın vəzifəsindən getməsindən və yerinə Co Baydenin gəlməsindən sonra baş verə biləcəyini iddia edirlər.

Related Articles

Bir cavab yazın

Back to top button