İran

İran qonşu ölkələrlə gediş-gəliş məhdudiyyətlərini ləğv edib

İranın daxili işlər naziri qonşu ölkələrlə insanların gediş-gəlişinin əvvəlki normal vəziyyətə qaytarıldığını və məhdudiyyətlərin aradan götürüldüyünü açıqlayıb.

İranın daxili işlər naziri qonşu ölkələrlə insanların gediş-gəlişinin əvvəlki normal vəziyyətə qaytarıldığını və məhdudiyyətlərin aradan götürüldüyünü açıqlayıb.

“Aznews tv” xəbər verir ki, Əhməd Vəhidi bu gün, yanvarın 11-də Tehranda baş tutan Koronavirusla Milli Mübarizə Qərargahının iclasında deyib: “Qonşu ölkələrlə insanların gediş-gəlişinin əvvəlki normal vəziyyətə qaytarılması qərara alınıb”.

O, daha sonra bildirib: “PCR testi mənfi və iki doz vaksin kartı olan şəxslər sərhədi ölkəyə gələ bilərlər”.

“Bəzi Afrika ölkələrində xəstəlik nəzarət altına alınıb və gediş-gəliş məhdudiyyətləri aradan qaldırılıb. Lakin Fransa və Britaniya kimi bəzi Avropa ölkələrində bu məhdudiyyətlər hələ də davam edir və digər ölkələri də araşdırırıq”, – deyə o əlavə edib.

Related Articles

Bir cavab yazın

Back to top button