İran

İran rəsmisindən şok açıqlama: İmam Zaman qəza yerində olub

“Mayın 19-da İbrahim Rəisini daşıyan helikopterin qəzaya uğraması vaxtı İmam Zaman orada olub”, – bu sözləri Nişapur şəhərinin fərmandarı (başçısı) Mehdi Dəvəndə deyib.

“Nişapurda İmam Zamanla əlaqədə olan şəxs prezident və onun yoldaşlarını daşıyan helikopterin qəzaya uğradığı gecə üçbucaq görüb. Üçbucağın bir tərəfi imamın dayandığı yer, bir tərəfi helikopterin qəzaya uğradığı yer, digər tərəfi isə səkkizinci imamın ziyarətgahı olub”, – deyə Dəvəndə bildirib.

O, adını açıqlamadığı həmin şəxsə istinadla İmam Zamanın həyəcanlı və iztirablı vəziyyətdə helikopter qəzası baş verən yerdə dolandığını, ancaq onları xilas etməyi məsləhət bilmədiyini söyləyib:

“Rəisinin şəhid olması həm özünün, həm də ölkənin xeyrinə olduğu üçün İmam Zaman onu xilas etməyib”.
İslam Respublikası qəzeti Mehdi Dəvəndənin dediklərini absurd sayıb və vəfat edənləri müqəddəsləşdirməməyə çağırıb: Ölkənin ürəkağrıdan və fəlakətli helikopter qəzasının səbəbini aydınlaşdırmağa ehtiyac duyduğu bir şəraitdə bu hadisəni müqəddəsləşdirməyin məqsədi nə olduğu bəlli deyil”.

Related Articles

Bir cavab yazın

Back to top button