İran

İran rəsmisi: “Amerika ilə bütün məhkumların mübadiləsinə hazırıq”

“İran Amerika ilə bütün məhkumları dəyişdirməyə hazırdır”. Bu barədə xarici işlər vəziri Məhəmməd Cavad Zərif Nyu-Yorkda keçirilən “Xarici ilgilər Şurası” adlı məcazi platformda bildirib. “Biz tam şəkildə mübadiləyə hazırıq. Burada söhbət İran vətəndaşlarından gedir. Amerika həbsxanalarında olan vətəndaşlarımız yalnız öz ölkələrinə dönük çıxmadıqları üçün oraya düşüblər”, – deyə vəzir bildirib. Qeyd edək ki, Amerika hökuməti də uzun müddətdir öz vətəndaşlarını, o cümlədən hər iki ölkənin vətəndaşı olan ata-oğul Bağır və Siamak Namaziləri azad etməyə çağırır. Xatırladaq ki, 2018-ci ilin juənində tərəflər arasında iranlı-amerikalı fizik alimi Məcid Tahiri və dəniz piyadası Maykl Vayt qarşılıqlı olaraq təhvil verilib. Həmin ilin desambrında isə İranda casusluq ittihamı ilə həbsdə olan amerikalı Ksiyu Vanq azad edilib. Habelə Amerika tərəfindən İrana qarşı təhrimləri pozmaqda ittiham olunmuş Məsud Süleymani qarşılıqlı olaraq azadlığa buraxılıb.

Related Articles

Bir cavab yazın

Back to top button