İran

İran raket yanacağı almaq üçün Rusiya və Çinlə gizli danışıqlar aparır

Rusiya və Çin hökumətlərinin nəzarətində olan qurumlar ballistik raketlərdə istifadə olunan bərk yanacaq tədarükü üçün İran ilə gizli danışıqlar aparır.

Bu barədə “Politiko” nəşri məlumat yayıb.

Məlumata görə, ammonium perxloratın alınması ilə bağlı danışıqlarda İran nümayəndə heyətinin rəhbəri, İranın Pekindəki diplomatı, Çində “texnologiya üzrə məsləhətçi” kimi çalışan Səccad Əhədzadədir.

İrana lazım olan ammonium perkloratın miqdarı hələlik məlum deyil, ancaq məlumatlı diplomatlar hesab edirlər ki, İranbundan minlərlə raketin, o cümlədən Zülfiqar raketlərinin istehsalında istifadə etməl niyyətindədir.

Related Articles

Bir cavab yazın

Back to top button