Dünyaİran

“İran razılaşma əldə etmək üçün əsas tələbindən geri çəkildi”-Amerika rəsmisi

Amerika hökumətinin yüksək rütbəli rəsmisi İranın əsas tələbindən və bu ölkənin nüvə sazişini canlandırmaq səylərini dalana dirəyən qırmızı xəttdən rəsmən imtina etdiyini deyib.

CNN-in məlumatına görə, 15 avqustda Avropa İran Birliyinin təklif etdiyi nüvə sazişi layihəsinə cavabında, İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Amerikanın terror qruplaşmaları siyahısından çıxarılması tələbindən imtina edib.

Amerika rəsmisi razılaşmaya yaxınlaşmağın ən əsas amilinin İranın qeyd olunan təməl istəklərindən birindən geri çəkilməsi ilə bağlıdır.

“Prezident Bayden SEPAH-ın adını xarici terrorçu qruplar siyahısından çıxarmayacağına dair qərarında qətiyyətli olub”-deyə, o, bildirib.

Rəsmi iranlılar bununla yanaşı SEPAH-la əlaqəsi olan bir neçə şirkətində adının sanksiyalar tətbiq edilən şirkətlər siyahısından çıxarılması tələbindən imtina etdiklərini qeyd edib.

Bununla belə CNN-ə məlumat verən Amerika rəsmisi razılaşmanın əldə edilib-edilməyəcəyi ilə bağlı qəti fikir bildirməyin mümkün olmadığını və hələdə bir sıra həll olunmamış problemlərin qaldığını deyib.

Related Articles

Bir cavab yazın

Back to top button