Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Azərbaycanİran

İran rejimi azərbaycanlı fəalları Təbrizin 15-ci Ümumi və İnqilab Məhkəməsində dindirməyə çağırıb

İrqçi fars-molla rejimi 13 azərbaycanlı fəalı son müdafiələrini təmin etmək üçün Təbrizdə 15-ci Ümumi və İnqilab Məhkəməsinə çağırıb.

Həmin azərbaycanlı fəallar ötən il həbs edilib və ETTELAAT-ın Təbrizdəki təkadamlıq kamerasında fiziki və ruhi işgəncələr altında 100 gün həbsdə saxlanılmışdılar.

Azərbaycanlı fəallara göndərilən bildirişə əsasən, 13 fəal Təbrizdə rejimin Ümumi və İnqilab Məhkəməsinin 15-ci şöbəsi tərəfindən “İslam Respublikasına qarşı çıxmaq niyyəti ilə qeyri-qanuni qrupa üzv olmaq” həmçinin, “daxili və xarici təhlükəsizliyə qarşı cinayət törətmək üçün toplaşmaq və sövdələşmək” ittihamı ilə məhkəməyə çağırılıblar.

Azərbaycanlı fəallar Araz İbrahimnejad, Davud Şiri, Mehrdad Qaderi, Yürüş Mehrəlibəyli və Həmid Yeganpurun işi müdafiə üçün istintaqa göndərilib, Məhəmməd Rza Movəhhed və Əmir Hüseyn Ağayi isə çərşənbə və cümə axşamı dindirilməyə çağırılıblar.

Azərbaycanlı fəallar Əli Babai, Cavad Sudbər, Murtəza NurMəhəmmədi, Hüseyn Azadi, Nasir Rəzmcu və İbrahim Əvəzzadə də müdafiələrini etmək üçün 15-ci bölmədə olmalıdırlar.

Related Articles

Bir cavab yazın

Back to top button