Azərbaycanİran

Iran rejimi azərbaycanlı gənc Səhənd Nurməhəmmədzadəyə verdiyi ölüm hökmünü təsdiq etdi

Fəalın vəkili Hamid Əhmədi bununla bağlı məlumat yayıb.

Molla rejimi Kərəc şəhərində yaşayan 26 yaşlı azərbaycanlı gənc Səhənd Nurməhəmmədzadənin edam hökmünü də artıq təsdiq edib.

Vəkil Hamid Əhmədi bildirib ki, bundan öncə İnqilab Məhkəməsinin 29-cu şöbəsinin Səhəndə qarşı “müharibə” ittihamı ilə edam hökmü tələb etməsinə baxmayaraq, ikinci hakim və işin məsləhətçisi ölüm hökmünü imzalamadığı üçün hüquqi prosedur tamamlanmamışdı.

İkinci hakim və məsləhətçinin də ölüm hökmünü imzalamasından sonra Səhənd Nurməhəmmədzadənin edam hökmü qətiləşib.

Qeyd edək ki, 26 yaşlı azərbaycanlı gənc etiraz aksiyaları zamanı zibil qutularını yandıraraq yolu bağlamaqda, ictimai nəqliyyatın fəaliyyətinə mane olmaqda günahlandırılaraq ölümə məhkum edilib.

Related Articles

Bir cavab yazın

Back to top button