
Bu sentrifuqalar uranı köhnə modellərə nisbətən 50 dəfə daha sürətli zənginləşdirməyə qadirdirlər.
Bununla İran faktiki olaraq ABŞ ilə ilkin razılaşmanı pozub və zənginləşdirilmiş uran istehsalının sürətini iki dəfə artırmağa başlayıb.
Digər tərəfdən isə ABŞ dövlət katibi vəFransa XİN rəhbəri İranla bağlı danışıqlar aparıblar.
ISNA xəbər verir ki, dünən ABŞ dövlət katibi Marko Rubio və Fransanın xarici işlər naziri Jan Noel Barrou İranla bağlı telefonla danışığı aparıblar.
Məlumata görə, söhbət zamanı tərəflər İranın nüvə silahı inkişaf etdirməsinin və ya əldə etməsinin qarşısını almaq üçün birgə öhdəliklərinin vacibliyini vurğulayıblar.