Dünya

Liviya sahillərində miqrantları daşıyan gəmidə yanğın baş verib

Libidən Aralıq dənizi vasitəsilə Avropaya doğru hərəkət edən gəmidə yanğın baş verib. Olay nəticəsində 60 nəfərdən çox qanunsuz mühacir həyatını itirib. Məlumata görə, faciə marsın 18-də Libi sahilləri yaxınlığında 100-dən çox insanı aparan taxta gəmidə mühərrikin yanması nəticəsində baş verib. Alov qısa müddətdə bütün gəmini bürüyüb, mühacirlər suya tullanıblar, ancaq onların əksəriyyəti üzə bilməyib. Sağ qalanların və ölənlərin axtarışları bir neçə gün davam edib, çoxları indiyə qədər itkin düşmüş hesab edilir. Xilas olunanlardan 45-i “SOS Mediterranee” təşkilatının Aralıq dənizində xilasetmə üzrə əməliyyatları həyata keçirən “Ocean Viking” gəmisinə qaldırılıb. Mühacirat üzrə Beynəlxalq Təşkilatın məlumatına görə, 2020-ci ildə Aralıq dənizini keçmək çabaları zamanı 1 200 nəfərdən çox qanunsuz mühacir ölüb. Bu il 300-dən çox insan Avropaya çatmaq çabası zamanı dəniz sularında boğulub.

Related Articles

Bir cavab yazın

Back to top button