Dünya

S.Ərəbistanı koalisiyası husilərə məxsus dronlara nəzarət məntəqəsini bombaladı

"Aznews tv"xəbər verir ki, bu barədə S.Ərəbistanının dövlət televiziyası məlumat yayıb.

Səudiyyə Ərəbistanının Yəmən müharibəsindəki koalisiyası husilərin insansız uçaqlara nəzarət məntəqəsi olaraq istifadə etdiyi telekommunikasiya stansiyasını  bombalayıb.

“Aznews tv” xəbər verir ki, bu barədə S.Ərəbistanının dövlət televiziyası məlumat yayıb.

Peyk yerüstü stansiyasının Yəmənin paytaxtı Səna şəhərinin şimalında, Rabitə Nazirliyinin yaxınlığında yerləşdiyi və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya tərəfindən bombardman edildiyi bildirilib.

Bundan öncə İrana bağlı husilər tərəfindən idarə olunan “Əl-Məsire” televiziyası əlavə təfərrüat açıqlamadan Səudiyyə Ərəbistanının başçılıq etdiyi hərbi koalisiyanın stansiyaya hücumunu təsdiqləyib.

Related Articles

Bir cavab yazın

Back to top button