Azərbaycanİran

İran rejimin həbs etdiyi azərbaycanlı xanım müəllimə həbsini bitirdikdən sonra azadlığa buraxılıb

Tehranın Evin zindanında həbsdə saxlanılan azərbaycanlı təqaüdçü müəllimə və İran Təhsil İşçiləri Həmkarlar İttifaqının üzvü Zeynəb Həmrəng dünən axşam həbs müddətini bitirdikdən sonra sərbəst buraxılıb.

Məlumata görə, Zeynəb Həmrəng  2020-ci il sentyabrın 5-də Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində səfəri zamanı təhlükəsizlik məmurları tərəfindən həbs edilib. 2022-ci ilin oktyabrında şərti azadlığa buraxılan güneyli müəllimə ötən il martın 12-də yenidən saxlanılıb. O, “ölkənin təhlükəsizliyinə qarşı toplaşmaq və əlbir olmaq”da günahlandırıb.

Qeyd edək ki, Tehranda yaşayan Zeynəb Həmrəng güney Azərbaycanın Muğan bölgəsindəndir.

Related Articles

Bir cavab yazın

Back to top button