Azərbaycanİran

Nərgiz Məhəmmədi hakimiyyəti ittiham etdi- İran rejimi şagirdləri qəsdən zəhərləyir

Güney azərbaycanlı hüquq müdafiəçisi Nərgiz Məhəmmədi, qızların oxuduğu məktəblərdə kütləvi zəhərlənmələrə görə İran hakimiyyətini ittiham edib.

Hazırda Tehranın Evin həbsxanasında uzun illik məhkumluq dövrünü yaşayan siyasi məhbus vu barədə bəyanat yayıb.

“İran hökuməti qadın və qəzların etiraz aksiyalarında fəal iştirakına görə onlardan qısas alır və onların təhsildən uzaqlaşdırılmasına çalışır”,- Məhəmmədi bildirib.

O, İran hakimiyyəti ilə Taliban hökumətinin qadınlara qarşı mövqelərinin eyni olduğunu deyib.

“Hər ikisi də mahiyyətcə eynidir. Sadəcə Taliban qadınlara qarşı mövqeini tribunalardan bəyan edir, İran hökuməti isə bunu məkirli siyasətlərlə həyata keçirir”,- 10 il 8 ay həbs cəzasına məhkum edilən siyasi məhbus bildirib.

Qeyd edək ki, İranda qız məktəblərində şagirdlərin zəhərlənməsi ilk dəfə 2022-ci il noyabrın ayında Qum şəhərində qeydə alınıb.

Bu günə kimi 28 əyalətin 100-dən çox şəhərinin 300-ə yaxın məktəbində təxminən 7 mindən çox qız şagird zəhərlənib.

Related Articles

Bir cavab yazın

Back to top button