İran

İran Rusiya və Çinlə münasibətlər üçün əriyir, amma Pekinlə Moskva başqa fikirdədirlər- İranlı diplomatdan ölkənin siyasi sisteminə sərt tənqid

İran prezidenti İbrahim Rəisinin Rusiyaya səfəri onun tərəfdarları və mühafizəkar cinah tərəfindən "Rəisi hökumətinin uğurlarından biri" kimi geniş şəkildə təbliğ olunur.

İran prezidenti İbrahim Rəisinin Rusiyaya səfəri onun tərəfdarları və mühafizəkar cinah tərəfindən “Rəisi hökumətinin uğurlarından biri” kimi geniş şəkildə təbliğ olunur.

İranın siyasi dairələrinə bağlı “İran Diplomatiyası” saytına istinadən xəbər verir ki, sabiq iranlı diplomat və siyasi təhlilçi Firudin Məclesi isə bunun belə olmadığı qənaətindədir.

Onun sözlərinə görə, İranın Rusiya və Çinlə münasibətləri birtərəfli münasibətlərdir. Daha dəqiq desək, hazırda Çin və Rusiya tərəfdə əriyən İrandır, halbuki rəsmi Pekin və Moskva Tehranla əlaqələrinə dair heç vaxt İran kimi düşünməyib və düşünmür də. Bu iki ölkə super güc qismində yalnız öz milli mənafelərinə və super güc olmağın tələblərinə uyğun siyasət yürüdür, addımlar atırlar.

“Təəssüflər olsun ki, bu gün İran İslam Cumhuriyyəti imperializmə qarşı düşmənlik, eləcə də Amerika və Avropadan uzaqlaşmaq üçün Rusiya və Çinə yaxınlaşmağı düşünür. Bununla da, təzyiq və basqı vasitəsi kimi onların siyasi, diplomatik, iqtisadi və ticari dəstəyini qazanmaqla Qərb qarşısında balans yaratmaq niyyətini güdür, halbuki Rəisi hökuməti və İran hakimiyyətinin bu fərziyyəsi kökündən yanlışdır. Çünki Moskva və Pekin İranı dəstəkləməklə bədəl ödəmək niyyətində deyillər, onlar İrandan yalnız Amerika və Avropa qarşısında “kart oyunu”nda “kozur” kimi istifadə edəcəklər.

Bunun səbəblərindən biri də bu ölkələrin Amerika ilə fikir ayrılıqlarının səbəbinin İrandan fərqli olmasıdır. Çin, Rusiya və Amerika üç super gücdür və onların ixtilafları buradan qaynaqlanır, ideoloji mahiyyəti yoxdur. İran və ya hər hansı bir ölkə super güclərin rəqabətinə girmək iqtidarında deyil, daxil olsalar belə, onlardan yalnız təzyiq vasitəsi kimi istifadə olunacaq. İran isə təkcə Qərbə qarşı deyil, bütün ölkələrlə münasibətlərində ideoloji mövqe sərgiləyir, bu isə ölkə mənafeyinə qarşı öldürücü zəhər rolu oynayır.

Putinin Rəisini Rusiyaya səfərə dəvət etməsi görüntü xatirinə və bu ölkənin İrandan daha çox sui- istifadə etməsi üçün atılmış addımdır. Bu səfəri İranın Vyanada atom razılaşmasının bərpası üzrə danışıqların getdiyi vaxtda Qərbə qarşı təzyiqi kimi də hesab edirlər. Amma yaddan çıxarmaq lazım deyil ki, İrana qarşı sanksiyaların davam etməsindən ən çox faydalanan Çin və Rusiyadır. Bu iki ölkə sanksiyaların ləğvi probleminin həll edilməməsi və anlaşmanın canlandırılmamasından ən çox faydalanan tərəflərdir.

Bu gün İran rəsmiləri İslam, eləcə də “nə şərqli, nə qərbli” iddiası ilə öz şəxsi mənafelərini güdürlər. Onlar bu məqsədlə İran xalqını Rusiya və Çinlə münasibətlərinin səviyyəsini yüksəltməyin qurbanına çevirir, nəyin bahasına olursa olsun, bunun gerçəkləşməsinə çalışırlar.

Rusiya prezidentinin Rəisini soyuq qarşılamasının səbəbi də aydındır. Artıq bütün dünya və Rusiya yaxşı anlayır ki, Rəisi ölkədə 1-ci şəxs deyil və qarşılama mərasimi də buna uyğun baş tutur.

Görüşdə İranın təklif etdiyi Rusiya ilə 20 illik Hərtərəfli Strateji Əməkdaşlıq Müqaviləsini imzalamanmasının səbəbləri var. Bunlardan biri sanksiyaların davam etməsi və bunun Rusiyanın mənafeyinə xidmət etməsi, digərləri isə rəsmi Moskvanın Səudiyyə Ərəbistanı və İsrail kimi müttəfiqləri ilə diplomatik münasibətlərinin soyumasını istəməməsi ilə bağlıdır. Buna görə də, görünür, Kreml sənədin imzalanmasını təxirə salır və əgər gələcəkdə imzalasa belə, bu, yalnız nümayiş xatirinə atılmış diplomatik addımdan başqa bir şey olmayacaq.

Silah müqaviləsinin imzalanmamasına gəldikdə isə bu, sanksiyalar ləğv ediləndən sonra da baş tutmayacaq. Çünki İran öz xarici siyasət və hərbi fəaliyyətlərində əsas hədəflərindən birinin İsraili məhv etmək olduğunu bəyan edir. Rusiya prezidenti Vladimir Putin isə İsrailin əmniyətini ölkəsinin qırmızı xətti adlandırır. Belə olduqda isə, Rusiya İsrailin təhlükəsizliyini təhdid edən İrana heç vaxt silah satmayacaq.”

Related Articles

Bir cavab yazın

Back to top button