AzərbaycanBölgəİranSiyasət

İran səfirindən Azərbaycana böyük hörmətsizlik

Bu yaxınlarda sosial şəbəkələrdə Ermənistanda diplomatik missiyası bitmiş İran səfiri Seyid Kazım Səccadinin bu ölkənin İnzibati idarəetmə və infrasturktur nazirliyinə ziyarətini əks etdirən fotoşəkil paylaşılmışdı.

Aznews.tv xəbər verir ki, ziyarətin özündə qeyri-adi bir şey olmasa da, şəklin Azərbaycanın işğal edilmiş torpaqları ilə birgə Ermənistan xəritəsi fonunda çəkilməsi hiddətə səbəb olub.

Ermənilərin işğalçı siyasəti hamıya aydın olsa da, İran səfirinin bu cür fonda şəkil çəkdirməsi sual doğurur.

“Görməyib”, “bilməyib” kimi bəhanələr burada yersizdir. Çünki bu şəxs sıravi vətəndaş yox, səfirdir.

Bununla əlaqədar Azərbaycanın Xarici İşlər Nazirliyi məsələ ilə bağlı İran tərəfinə sual ünvanlamalıdır.

Çünki, üzdə olsa belə, İran Azərbaycanın torpaq bütövlüyünü tanıyır.

Lakin bu yaxınlarda İranın millət vəkili Əli Mütəhhərinin Dağlıq Qarabağ müharibəsi zamanı Azərbaycanın mövqeyi ədalətli olmasına baxmayaraq, etniki təhlükə səbəbindən İranın Ermənistanın tərəfini tutması barədə bəyanatı bu ölkənin Azərbaycana və azərbaycanlılara qarşı əsl siyasətinin bariz nümunəsidir.

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button