Dünyaİran

Hi̇ndi̇stanın i̇ş adamlari İrana i̇xracı dayandırıblar

Hindistanın iş adamları İrana sadiratı dayandırıblar. Bu barədə Hindistanın xarici ticarət rəsmilərinin açıqlamasında bildirilib. Məlumata görə, hindistanlı tacirlər iranlı müştərilərlə düyü, şəkər və çay kimi malların satılması üçün yeni müqavilələr imzalamağı dayandırıblar. Bunun səbəbi İranın rupi ehtiyatlarının azalmasıdır. Dünya miqyaslı ticarət şirkətlərindən birinin müdirinin sözlərinə görə, sadiratçılar İranla ticarət etməkdən imtina edirlər, çünki ödəmələr aylarla gecikir. Qeyd edək ki, İran əvvəllər Hindistana neft satışı qarşılığında bu ölkədən istehlak malları, o cümlədən əkiçnilik və yeyinti məhsulları varid edirdi. Bildirək ki, Hindistan 2019-cu ilin meyində İrandan nəft alışına son verib.

Related Articles

Bir cavab yazın

Back to top button