İran

İranda Həyata Ümid Əmsalı azalıb

Dünya Bankının statistikalarına əsasən, İranda Həyata Ümid yaşı 2019-cu ildə 76 il olduğu halda, 2021-ci ildə 74 ilə enib.

Həmin əmsal İranla müqayisədə Türkiyə və Ərəbistan üçün 2-3 il, Qətər, Küveyt, Bəhreyn və BƏƏ üçün 5 il yuxarıdır.

Həmçinin İranın Respublika üzrə VVAQ Baş İdarəsinin yeni statistikasına istinadən, ölkədə ortalama ölüm yaşı 66,2 il təşkil edir.
2020-ci ildə koronavirus pandemiyası zamanı Həyata Ümid Əmsalı bütün ölkələrdə azalmış və 2021-ci ildə yenidən yüksəlmişdi. Lakin İranda bu rəqəm hələ də enən vəziyyətdədir və səbəbləri barədə dəqiq məlumat yoxdur.

Ekspertlərin fikrincə, İqtisadi Fəlakət nəticəsində ağır yaşam şəraiti və bu kimi amillər Həyata Ümid Əmsalının azalması ilə nəticələnir.

Related Articles

Bir cavab yazın

Back to top button