Azərbaycanİran

İran Tehrandakı səfirliyimizin fəaliyyətinin bərpa olunmasını XAHİŞ ETDİ

Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini bərpa edəcək.

Bu barədə İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş Azərbaycana səfəriylə bağlı açıqlamasında deyib.

Nazir, keçmişdə baş vermiş bəzi anlaşılmazlıqlara toxunub.

O qeyd edib ki, Azərbaycan səfirliyinin tez bir zamanda fəaliyyətini bərpası üçün İran tərəfi xahiş edib və Azərbaycan da bu istiqamətdə qısa müddətdə addımların atılacağına söz verib.
Xatırladaq ki, bir müddət öncə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycanın İrandakı diplomatik missiyasının bərpa olunması istiqamətində İran tərəfindən müraciət daxil olub.

Related Articles

Bir cavab yazın

Back to top button