DünyaƏtraf Mühit

Peruda qurban gətirilən uşaqların məzarlığı aşkar olundu

Arxeoloqlar Peruda tarixdə misli görülməmiş qurban gətirilən uşaqların məzarlığını aşkar ediblər.

Aznews.tv xəbər verir ki, 5-14 arası yaşlarda 227 uşağın qalıqları ölkənin paytaxtı Limadan şimalda yerləşən Uançako şəhərində aşkar olunub.

Alimlərin təxminlərinə görə bu uşaqlar 500 il öncə qurban gətirilib.

1 il öncə Peruda daha 200 cəsəddən ibarət iki uşaq məzarlığı aşkar edilmişdi.

Arxeoloqların dediyinə görə, Uançakoda aşkar edilən cəsədlərin bəzilərində saç və dəri hələ də qalır.

Ehtimala görə uşaqlar yağışlı havada qurban gətirilib və okean istiqamətində basdırılıb.

Bu da onu göstərir ki, uşaqları Çimu qəbiləsinin ilahlarına qurban gətiriblər.

Qeyd etmək lazımdır ki, çimular Perunun şimal sahillərində yaşayıb və bölgənin ən güclü sivilizasiyalarından biri olublar.

Öz qızıl dövrünə çimular 1200-1400-cü illərdə çatıblar.

Bundan sonra onlar inklər tərəfindən fəth edilib.

İnklər isə qısa zaman ötəndən sonra ispanların qurbanı olublar. Bundan əlavə, günəşə tapan inklərdən fərqli olaraq, çimular Şi adlı ay ilahına tapıblar və mütəmadi olaraq ona qurban gətiriblər.

Uançakoda qazıntılar davam edir və alimlər daha çox məzarlıq tapacaqlarına inanırlar.

“Ağlasığmazdır. Qazdığımız hər yerdə qarşımıza uşaq cəsədləri çıxır”, – deyə alimlərdən biri vurğulayıb.

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button