Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Dünyaİran

İran və Avropanın böyük dövlətlərinin rəsmiləri İstanbulda görüşüblər

Bu gün İran XİN rəhbərinin müavinləri Kazım Qəribabadi və Məcid Təxt Rəvançi İstanbulda üç Avropa ölkəsi – Britaniya, Fransa və Almaniyanın siyasi rəsmiləri ilə bir araya gəliblər.

Bu barədə Qəribabadi “X” hesabında paylaşım edərək yazıb:

“Təxt Rəvançi ilə mən İstanbulda Avropa üçlüyünün nümayəndələrini qonaq etdik. Biz dolayı nüvə danışıqlarının son vəziyyətini və sanksiyaların ləğvi barədə danışıqlar apardıq”.

Onun sözlərinə görə, İran və Avropa üçlüyü diplomatiyanı davam etdirmək və ən uğurlu şəkildə istifadə etmək əzmindədir. Qəribabadi qeyd edib ki, danışıqları davam etdirmək üçün lazım gəldikdə yenidən görüş keçiriləcək.

Related Articles

Bir cavab yazın

Back to top button