Dünyaİran

​​İran və Rusiya Rəşt–Astara dəmir yolu marşrutunun reallaşdırılmasını müzakirə edib

İranın yol və şəhərsalma naziri Bazarpaş Tehranda Rusiya prezidentinin köməkçisi Levitinlə görüşüb.

Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizinin quru hissələrini birləşdirəcək Rəşt–Astara dəmir yolu layihəsinin həyata keçirilməsində əldə olunan irəliləyişlər müzakirə edilib. Tərəflər tranzitin inkişaf etdirilməsinin, xüsusilə də İran ərazisindən keçməklə onun artırılmasının vacibliyini vurğulayıblar (İranın Tasnim xəbər agentliyi).

2023-cü il mayın 17-də İran və Rusiya Federasiyası arasında saziş imzalanıb. Ona əsasən, sonuncu yuxarıda qeyd olunan layihənin həyata keçirilməsi üçün İslam Respublikasına 1,3 milyard avro məbləğində dövlətlərarası kredit ayırmağı öhdəsinə götürüb.

Şimal–Cənub nəqliyyat dəhlizi – Avrasiya daxilində sürətləndirilmiş ticarət mübadiləsi üçün Rusiya Federasiyası, İran, Azərbaycan və Hindistanın birgə layihəsidir.

Related Articles

Bir cavab yazın

Back to top button