Dünyaİran

SEPAH-ın əsas yeraltı bazası yaxınlığında müəmmalı partlayış baş verib

“Iran International”ın məlumatına görə İranın Lorestan vilayətunin Xürrəmabad şəhərində İran İslam İnqilabı Keşikçilələri Korpusunun (SEPAH) İmam Əli bazası yaxınlığında müəmmalı partlayış baş verib.

Xəsarət və dağıntılar barədə məlumat verilməyib.

“Tasnim”in məlumatına görə isə rəsmilər partlayışın mənbəyinin hələ də tapılmadığımı , araşdırma aparıldığını açıqlayıblar.

İmam Əli raket baazasında sonuncu dəfə 2010 – cu ilin oktyabrında partlayış baş verib və nəticədə azı 32 nəfər həlak olub.

Related Articles

Bir cavab yazın

Back to top button