İranSağlıq & Yaşam

“İran vaksini ilə bağlı verilən bütün vədlər boş idi”

İran prezidenti İbrahim Rəisi ölkə məsullarının yerli vaksin ürətimi ilə bağlı verdikləri bütün vədlərin puç olduğunu etiraf edib. O, ölkənin ən azı 100 milyon doz vaksinə ehtiyacı olduğunu deyib. Rəisinin sözlərinə görə, yerli vaksin İran əhalisinin ehtiyacını qarşılaya bilməyib və dövlət bu üzdən xaricdən vaksin almağa qərar verib. Ancaq, o indiyə qədər 40 milyon doz vaksin əldə edildiyini iddia edib. Bildirək ki, təqribən 9 ay öncə İranın ali rəhbəri Əli Xamenei Qərb ölkələrində ürətilən vaksinlərə “güvənmədiyi” üçün onların ölkəyə gətirilməsini qadağan etmiş, bunun yerinə Rusiya və Çin vaksinlərinə üstünlük vermişdi. Ancaq sonrakı aylarda İran yetkililərinin dost və tərəfdaş ölkələr adlandırdıqları Rusiya və Çin, İrana çox az sayda vaksin satıb. Bu üzdən Tehran “Bərəkət” adlı yerli vaksin ürətəcəyini elan etmişdi. İran hökuməti “Bərəkət”in təbliğatına geniş yer versə də, sonradan onun koronavirusa qarşı heç bir təsirinin olmaması bəlli olub, eləcə də vaksin ürətiminin uzun müddət gecikməsi nəticəsində, ölkədə bu mərizliyə yoluxan və ölənlərin sayı kəskin artlb. Mordad ayında isə Xameneyi geri addım ataraq qərb vaksinlərinin də ölkəyə gətirilməsinə tapşırıq vermişdi.

Related Articles

Bir cavab yazın

Back to top button