Azərbaycan

Urmu gölünün vəziyyəti yenidən kritik həddə çatdı-Gölün güney hissəsi tamamilə yox olacaq

Göldə ekoloji problemlə bağlı Qərbi Azərbaycan əyalətinin Ətraf Mühitin Mühafizəsi Baş İdarəsinin texniki məsələlər üzrə rəis müavini məlumat verib.

Qərbi Azərbaycan əyalətinin Ətraf Mühitin Mühafizəsi Baş İdarəsinin texniki məsələlər üzrə rəis müavini Höccət Cabbari Urmu gölündə ekoloji problemin dahada dərinləşdiyini deyib.

“Bu il də mövcud tendensiyanın davam etməsi ilə Urmu gölünün cənub hissəsini itirəcəyik”-deyə, o xəbərdarlıq edib.

Bundan öncə gölün bərpası ilə bağlı ümidlərin çoxaldığını deyən Cabbari, yağıntıların azalması, bərpa işlərinin axsaması və gölə buraxılmalı olan su payının verilməməsinin durumu yenidən çətinləşdirdiyini bildirib.

Urmu gölünün su həcmi və sahəsinin ötən ilin oxşar dövrü ilə müqayisədə önəmli dərəcədə azaldığını deyən Höccət Cabbari 3.4 milyard kubmetr olan illi su payının yalnız 700 milyon kubmetrinin gölə buraxılmasını onun bərpasına heç bir təsir göstərməyəcəyini söyləyib.

Gölün bərpası işlərinin praktiki olaraq dayandırıldığını deyən Qərbi Azərbaycan əyalətinin Ətraf Mühitin Mühafizəsi Baş İdarəsinin texniki məsələlər üzrə rəis müavini bunu insan qüvvəsi və lazim olan büdcənin ayrılmaması ilə əlaqələndirib.

Related Articles

Bir cavab yazın

Back to top button