İran

  İran xarici işlər naziri rusiyalı həmkarı ilə görüşmək üçün Moskvaya yollandı

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün Moskva şəhərində görüşəcəklər.

“Aznews tv”xəbər verir ki, görüş zamanı hər iki tərəf Rusiyanın Ukraynaya hərbi müdaxiləsini, habelə Vyanada nüvə anlaşmasının canlandırılmasına dair danışıqları müzakirə edəcəklər.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə də dünənki açıqlamasında təsdiqləyib ki, Əmir Abdullahian və Rusiya rəsmiləri arasında danışıqların əsas mövzusu Vyana danışıqları və Ukraynadakı hadisələr olacaq.

Xatırladaq ki, Vyana müzakirələrinin son mərhələsində Rusiya yeni tələblər irəli sürüb. Belə ki, Rusiya rəsmiləri sanksilayara rəğmən, İranla rahat bir şəkildə ticarət mübadiləsinı davam etdirmək istəsə də, Vaşinqton bu tələbləri mənasız və əlaqəsiz adlandırıb.

Related Articles

Bir cavab yazın

Back to top button