İran

İran Yəmənə qaçaq silah göndərməyə davam edir

"Aznews tv" xəbər verir ki, bu barədə "IranWire" xəbər ajansı məlumat yayıb.

Birləşmiş Millətlər Təşkilatının Ekspertlər Qrupunun BMT Təhlükəsizlik Şurasının Yəməndəki vəziyyətlə bağlı ölkəyə silah ixracını qadağan edən 2140 saylı qətnaməsinin icrasına dair dövri hesabatı dərc edilib.

“Aznews tv” xəbər verir ki, bu barədə “IranWire” xəbər ajansı məlumat yayıb.

Bildirilir ki, sözügedən hesabatda İranın adı nə az, nə çox, 43 dəfə vurğulanıb.

Birləşmiş Millətlər Təşkilatının Yəmən üzrə ekspertləri bildiriblər ki, İran İslam Cümhuriyyəti Yəməndə “Husi” və “Ənsarallah” proksi (niyabəti) qruplaşmalarını rəsmən tanıyır və rəsmi olaraq onların mövcud olduğu bölgəyə səfir göndərib.

Onlar hesabatda bu qənaətə gəliblər ki, bütün dəlillər İranın Yəmənə silah göndərməsini aşkara çıxarır.

Hesabatda habelə qeyd olunub ki, bundan əvvəl dəfələrlə İrandan Yəmənə doğru silah daşıyan gəmilər saxlanıb. Bunlardan biri 2021-ci ilin yayında içərisində 2556 ədəd silah olan gəmi olub. Daha sonra həmin silahların İran, Çin, Bolqarıstan, Belarus , Rusiya istehsalı, hətta keçmiş Sovet dönəminə aid silahlar olduğu açıqlanmışdı.

Qeyd edək ki, İran bölgədə proksi qruplaşmaları dəstəkləyərək həm bölgə, həm də dünya dövlətləri üçün ciddi təhdid yaradır.

Related Articles

Bir cavab yazın

Back to top button