İran

İran Yəməndə uşaqlardan sui-istifadə edir

Sepahın Qods qanadı Husilərin yay orduqahlarını birbaşa kontrol edir
Yəmənin Bilgiləndirmə vəziri Muəmmər əl-Ariani İranın Husi yaraqlıları yanındakı səfiri və Sepahın Qods Qüvvələrinin üzvü Həsən İrlunun Husilərin yay orduqahlarını şəxsən birbaşa kontrol etdiyini açıqlayıb.
Yəmən paytaxtı Səna şəhəri ətrafında yay orduqahları kimi fəaliyyət göstərən “Uşaqların əsgər kimi cəzb edilməsi” nizami projəsi İranın Sepah qüvvələrinin Qods qanadı və Husi yaraqlılarının döyüş meydanında canlı qüvvə ilə təmin etmək üçün on minlərlə uşağı hazırlamağı icra etdiyi ən əsas birgə planlardan sayılır.
Əl-Ariani öz Tuiter hesabında verdiyi açıqlamada bildirib ki, “Husi yaraqlıları yəmənli uşaqları bu orduqahlara sürükləyir, beyinlərini yuyur və iyrənc şəkildə onlara İrandan gətirilən ölüm və düşmənçiliklə dolu “dini məzhəbçilik” fərhəngini öyrədərək, uşaqları bölgədə Əli Xameneinin öz nüfuzunu genişləndirmək planını həyata keçirmək üçün döyüş meydanlarına göndərirlər.
O, bu təlim orduqahlarından yayımladığı bir videoda, Husilərin kontrolundakı bölgələrdə yaşayan Yəmən vətəndaşlarından istəyib ki, indi və gələcəkdə Yəmən millətinin ərazisini və kimliyini hədəf alan Sepahın bu təhlükəli məzhəbçilik planı barədə ayıq-sayıq olsunlar.
Əl-Ariani vurğulayıb ki husilər “Qods Qüvvələrinin əlində vasitədən başqa bir şey deyil və Vəliyye-fəqih rejimi onların əli ilə Yəməndə və bölgədə hərc-mərc və terorçuluğu yaymağa habelə onlardan Tehrandakı ağalarının planları çərçivəsində istifadə etməyə çalışır”.

Related Articles

Bir cavab yazın

Back to top button