İran

İran yük maşınlarının Avropaya girişinə qadağa qoyula bilər

İran yük maşınlarının Avropaya girişinə qadağa qoyula bilər: Azərbaycan və Türkiyə bu alanda qabaqcıl teknolojidən yararlanır.

İranın Yollar və Nəqliyyat Qurumunun Uluslararsı Tranzit və Nəqliyyat Baş İdarəsinin rəisi Avropanın İran yük maşınlarının girişinə qadağa qoya biləcəyindən xəbər verib.

O deyib: “İranda yük maşınlarından ibarət nəqliyyat parkının modernləşdirilməsi lazımı qədər həyata keçirilməzsə, gələcəkdə İran yük maşınlarının Avropa ölkələrinə girişində çətinliklərlə üzləşə bilərik”.

Cavad Hedayəti ötən gün bu haqda deyib: “Misal üçün, Avrasiya ilə əldə etdiyimiz razılaşmaya görə, əkinçilik məhsulları soyuducu maşınlarla Rusiya və Avrasiya bazarlarına daşınmalıdır. Ancaq bu alandakı çatışmazlıqlarımız üzündən bu məhsullar Rusiya və Azərbaycan yük maşınları ilə daşınır.

Onun sözlərinə görə, indi Avropadan gələn malların əsası üzrə İran və Türkiyə yük maşınları arasında həmin yükləri almaq üçün rəqabət var. Amma Türkiyədə yeni yük maşınını 80 min dolara, ikinci əl yük maşınını isə 50 min dolara qədər almaq olar ki, bunu doları 25 min tümənlik bazar qiyməti ilə hesablasaq, təxminən iki milyard tümən edir. Halbuki, İranda yalnız bu qiymətin üç qatına yük maşını ala bilərsiniz.

Related Articles

Bir cavab yazın

Back to top button