İran

Kreml: Putin Tehranda dronların alınması məsələsini müzakirə etməyəcək

Kremlin sözçüsü Dmitri Peskov çərşənbə günü iddia edib ki, Rusiya prezidenti Vladimir Putin iyulun 19-da İrana səfəri zamanı insansız uçaqların alınması ilə bağlı danışıqlar aparmayacaq.

Çərşənbə günü jurnalistlərin Putinin Tehrana səfəri zamanı bu məsələnin (dronların alınması) müzakirə olunub-olunmayacağı ilə bağlı sualına cavab olaraq Peskov deyib: “Xeyr”.

Amerika prezidenti Co Baydenin bazar ertəsi Qərbi Asiyaya səfəri ərəfəsində Vaşinqtonda jurnalistlərə açıqlama verən Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan isə bildirib ki, Amerikanın məlumatına görə, İran Ukraynada istifadə məqsədilə Rusiyaya pilotsuz təyyarələr göndərmək üçün hazırlıq görür.

Onun sözlərinə görə, Tehran ruslara bu dronlarla işləmək üçün təlim keçməyə zəmin yaradır.

“Əldə etdiyimiz məlumatlara görə, İran hökuməti Rusiyaya bir neçə yüz insansız uçaq, o cümlədən silah daşıya bilən dronlar göndərmək üçün intensiv qrafik üzərində iş aparır. Bu silahların İrandan Rusiyaya göndərilməsi onu göstərir ki, Rusiyanın son həftələrdə Ukraynanı intensiv şəkildə bombalaması, hansı ki, Ukraynanın şərqində nailiyyət əldə etməsi ilə nəticələnib, Tehran tərəfindən silah təchizatı hesabına başa gəlib”,-deyə Sallivan qeyd edib.

Related Articles

Bir cavab yazın

Back to top button