İran

Enerji stansiyalarında baş verən yanğınlarla bağlı açıqlama

İranın Qeyri-amil Müdafiə Sazimanın rəisi Qulamrza Calali bildirib ki, İranın niruqahlarında və meşələrindəki yanğınlar əmniyyət məsələləri deyil. Amma Nətənzdə baş verən hadisələrdən fərqlidir. “Bu yanğınların çoxu müəyyən şərtlərə riayət olunmadığı üçün yaşanıb. Belə ki, bu olayalar sayber həmləsi deyil” deyə o, vurğulayıb. Xatırladaq ki, İsfahanın İslamabad Hərarət, Əhvazın Zərqan və ya Mədhəc Niruqahı, Təbrizin Hərarət Niruqahı, habelə Şirazın əsas elektrik postunda ötən 2 ay ərzində yanğınlar olub. Eləcə də bu müddətdə, Fars ustanının Lamərd Alüminium Müctəməsi, Buşehrdə Gəmidüzəltmə Karxanası, Bəndər İmam Karun, Tondquyan adına Petroşimisdə yanğınlar və qaz sızması qeydə alınıb. Xurdad ayının 11, 12 və 13-də Tehranın Vilayət Bağı, Çitgər Meşə Parkı və Əfra Meşə Bölgəsində də yanğın olayları baş verib. Qeyd edək ki, İranın Qeyri-amil Müdafiə Sazimanı bu barədə araşdırmaların raporunu Ölkənin Milli Əmniyyət Ali Şurasına göndərib. Raporun ayrıntıları barədə məlumat verilməyib.

Related Articles

Bir cavab yazın

Back to top button