Dünya

Türkiyə daha bir pilotsuz təyyarəni sinaqdan keçirib – Video

Türkiyənin nizami sənayesi daha bir döyüş pəhpadını sınaqdan keçirib. Belə ki, ötən gün TÜSAŞ şirkətinin hazırladığı uzaqmənzilli “Aksungur” pəhpadı 340 kilogirəm ağırlığında KGK-82 ağıllı bombası ilə ilk döyüş atışını həyata keçirib və 30 kilometrdən çox məsafədən hədəfi yüksək dəqiqliklə vurub. Məlumata görə, “Aksungur” yüksək faydalı yük nümünəsinə malikdir, 750 kilogiəm faydalı yük daşıya bilir. 12 min metrdən çox yüksəklikdə uçaraq 24 saat havada qala, kəşfiyyat apara, hədəfləri bəlli edə və vura bilir. KGK-82 qanadlı və leyzerlə hədəfə yönləndirilən bombadır. Türkiyədə bu bombaların üç nümuməsi hazırlanır. Xatırladaq ki, ötən həftə “Baykar Savunma” şirkəti özünün “Akıncı” döyüş pəhpadlarının ilk sınağını həyata keçirib.

Related Articles

Bir cavab yazın

Back to top button