Dünyaİran

İrana bağlı husi qruplaşması terror təşkilatı elan edildi

Avstraliya hökuməti Yəmənin İrana bağlı husilərin silahlı qruplaşmasını (“Ənsar Allah”) terror təşkilatları siyahısına salıb. Bu barədə Avstraliyanın Baş Prokurorluğu bəyanat yayıb.

Avstraliya hökuməti maliyyələşdirmə ilə bağlı bəyanatında İran hökumətinin husilərə dəstək verməsinə toxunub.
Bildirilib ki, Tehran husi hərəkatını silahlandırdığını dəfələrlə inkar etsə də, əhəmiyyətli dəlillər göstərir ki, İran bu qruplaşmaya birbaşa logistika, informasiya, silah və maliyyə dəstəyi verir.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının 2018-ci ilin iyul ayında verdiyi hesabatda husi qruplaşmasının İran istehsalı olan silahlara “oxşar xüsusiyyətlərə malik” ballistik raketlər və pilotsuz təyyarələrlə silahlandığı göstərilir.

Related Articles

Bir cavab yazın

Back to top button