Dünya

İrana bağlı husilərin Yəmənin Hədidə limanında terror hücumunun qarşısı alınıb

İranın dəstəklədiyi husi yaraqlılarının Yəmənin güney-batısında yerləşən Hədidə limanında terror hücumunun qarşısı alınıb.

Bu haqda Ərəbistanın başçılıq etdiyi nizami etilafın yaydığı bəyanatda məlumat verilib.

Bildirilir ki, husilər terror hücumunu həyata keçirmək üçün bomba quraşdırılmış iki qayıqdan istifadə ediblər. Ancaq qayıqlar limana yaxınlaşmazdan öncə yaxınlıqda yerləşən sahil kəndlərindən birinin sularından keçərkən eetilaf qüvvələri tərəfindən məhv edilib.

Bəyanatda deyilir ki, İranın dəstəklədiyi husi yaraqlıları davamlı olaraq Qırmızı dənizin güneyində uluslararası dənizçilik və ticarət fəaliyyətini təhdid edirlər.

Bildirək ki, İran xalqı kəskin yoxsulluq, işsizlik, su və elektrik enerjisi kimi əsas təminatlarının olmadığı bir şəraitdə yaşayır. İran hökuməti isə öz işğalçılıq siyasətini həyata keçirmək, eləcə də başqa ölkələrdə münaqişələr yaratmaqla öz daxilindəki problemləri bir növ ört- basdır edir. bununla da öz ömrünü uzatmaq üçün xalqın sərvətini xaricdə fəaliyyət göstərən terror qruplaşmalarına sərf edir.

Related Articles

Bir cavab yazın

Back to top button