İran

İrana qarşı birgə fəaliyyət göstəriləcək- Amerika və İsrail razılığa gəldi

Ağ Ev iyunun 1-də yaydığı bəyanatda Amerika və İsrail rəsmilərinin İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün səylərini koordinasiya etməyə söz verdikləri bildirilib.

Ağ Evin saytında yerləşdirilən birgə bəyanatda deyilir ki, Amerikanın milli təhlükəsizlik müşaviri Cek Sollivan və İsrailin milli təhlükəsizlik müşaviri Yale Xalata çiyunun 1-də Ağ Evdə yüksək səviyyəli xarici, hərbi və kəşfiyyat rəsmilərinin iştirakı ilə görüşüblər.

“Görüş zamanı Amerika və İsrail rəsmiləri İranın nüvə silahına yiyələnməsinin qarşısını almaq və onun regionda hücum fəaliyyətini cilovlamaq üçün səylərini koordinasiya etməyə söz veriblər”-deyə, Ağ Evin məlumatında qeyd olunub.

Related Articles

Bir cavab yazın

Back to top button